Qaynar Məqalələr

İnsest nikah nədir?

insent

İnsest nikah nədir?
İnsest termini altında gizlənən məna qan qohumları ilə cinsi əlaqədə olmaq və ya nikah kəsdirmək deməkdir. Ailə və nikah haqqında qanunlara əsasən, bir çox ölkədə ana və ata tərəfdən olan qohumlar arasında, oğulluğa götürülənlər və götürənlər arasında nikaha icazə verilmir. Bir çox ölkələrdə və xalqların mədəniyyətində qan nikahlarına qadağa qoyulub. Qan nikahlarında olan belə münasibət onunla izah olunur ki, ailə üzvləri arasında cinsi əlaqə ailə həyatında intizamsızlığa gətirib çıxarır. Genetik cəhətdən bu arzuolunmazdır, çünki nəsildə ressesiv anomiyaların yaranma şansı artır.
Bu qadağa çar Edip haqqında yunan əfsanəsində öz əksini tapmışdır. Valideyinləri olduqlarını bilməyən Edip, atasını öldürmüş və öz anası ilə evlənmişdi. Həqiqəti bildikdə isə o, özünü cəzalandırmaq üçün gözlərini çıxarmışdı.
İnsest nikah çox nadir hallarda müşahidə edilir. Bu təkcə mənəvi qadağa ilə izah olunmur, eyni zamanda erkən yaş dövründə uzun müddət birlikdə yaşadığın insana alışma, ona qarşı cinsi marağın yaranmasına, onun seksual obyekt kimi seçilməsinə mane olur.
İnsest münasibətlər ağır psixi travmanın nəticəsi olaraq meydana çıxır.

immunitet.az

loading...

Məsləhət Görürük

maniya

Maniya nədir?

Maniya nədir? Maniya real həyatda mövcud olmayan, bir şeyə mübtəla olmaq və onun uğrunda həddindən …

Яндекс.Метрика

Designed by F.Aliyev