Qaynar Məqalələr

Vaginizm

vaginizm

Vaginizm.
Cinsi akt və ya ginekoloji müayinə qarşısında qorxunun təsiri altında çanaq dibinin, uşaqlıq yolu əzələlərinin qeyri-ixtiyari qıcolmaşəkilli yığılmasıdır. Patoloji psixogen amillərlə, ilk cinsi yaxınlıqda deflorasiya (qızlıq pərdəsinin yırtılması) zamanı ağrılarla şərtlənə bilər. Vaginizmin 3 dərəcəsi var:
1-ci dərəcə – cinsiyyət üzvünün və ya ginekoloji alətin uşaqlığa daxil edilməsi ilə yaranan reaksiya.
2-ci dərəcə – cinsiyyət orqanlarına toxunarkən yaranan reaksiya.
3-cü dərəcə – cinsi akt və ya ginekoloji müayinə haqqında düşünərkən yaranan reaksiya.
Cinsiyyət orqanlarına toxunanan zaman və ya hətta bu barədə düşünərkən spazm baş verərsə, onda uşaqlıq yoluna giriş qapanır və cinsi əlaqə və ya uşaqlıq yolunun müayinəsi mümkün olmur.
Patologiya isterik və fobik formalarda ola bilir.
İsterik formaya az hallarda təsadüf olunur. Bunun əsasında xəstənin konkret şəxslə şüurlu olaraq cinsi münasibətdə olmamaq arzusu durur.
Fobik forma cinsi akt qarşısında şiddətli qorxudur. Özünə həddindən artıq bədgüman qadınlar buna meyilli olurlar.
Qadınlarda uzunmüddətli vaginizm çox vaxt kişi potensiyasının zəifləməsinə, gözləmə nevrozuna, prostat vəzdə durğunluq hallarının inkişaf etməsinə gətirib çıxarır.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev