Qədr gecəsi bu üç gecəyə həm də “əhya gecələri” deyilir.

Bildiyiniz kimi, bu il Qədr gecələri iyun ayının 24-dən 25-nə, 26-dan 27-nə, 28-dən 29-na keçən gecələrə təsadüf edir. Bununla bağlı Qədr gecəsi və həmin gecənin əməlləri barədə qısaca məlumat vermək istərdik.

Qədr gecəsi – Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quranın nazil olduğu gecədir. Islam alimlərinin bildirdiyinə görə, Qurani-Kərim əziz İslam peyğəmbərinin mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə, Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi.

“Qədr gecəsi” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” mənasını daşıyır. Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına. Dinimizə əsasən, insanın taleyi öz əlindədir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri əməllərin qurbanı olur. Qədr gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtarsınlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir.

Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir.

Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri İslam aləmində qəmli günlərdən sayılır. 19-cu gecə İmam Əli (ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhid olub. Odur ki, bu gecələrdə Həzrət Əlini(ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək, o həzrətə təvəssül etmək mühümdür.

Qeyd edək ki, Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, müsəthəbdir. Bacardığınız qədər bu gecə Allaha xatir ibadət edin.

Hər üç gecə üçün müştərək olan əməllər aşağıdakılardır:

1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq

2. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)

3. Quran oxumaq

4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək

5. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.

6. 100 rükət “Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz). Qəza naamzları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.

7. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın. Habelə, Allahdan çoxlu əfv dilənsin.

8. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.

9. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ.

[Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar]

“İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”.

10. Quranı başa qoyub aşağıdakı duanı oxumaq:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

[Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə]

“İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”.

(10 dəfə) بِكَ يَا اللَّهُ
Bikə ya Allah! – Özünə xatir, ilahi!

(10 dəfə) بِمُحَمَّدٍ
Bi Muhəmmədin! – Muhəmmədə (s) xatir!

(10 dəfə) بِعَلِيٍّ
Bi Əliyyin! – Əliyə xatir

(10 dəfə) بِفَاطِمَةَ
Bi Fatimətə! – Fatiməyə xatir!

(10 dəfə) بِالْحَسَنِ
Bil-Həsəni! – Həsənə xatir!

(10 dəfə) بِالْحُسَيْنِ
Bil-Huseyni! – Hüseynə xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ الْحُسَيْنِ
Bi Əliyyibnil-Huseyni! – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir

(10 dəfə) بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ
Bi Cəfər ibni Muhəmməd! – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir

(10 dəfə) بِمُوسَى بْنِ جَعْفَرٍ
Bi Musəbni Cəfər! – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُوسَى
Bi Əliyyibni Musa! – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُحَمَّدٍ
Bi Əliyyibni Muhəmməd! – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir

(10 dəfə) بِالْحَسَنِ بْنِ عَلِيٍّ
Bil-Həsən inbni Əliyyin! – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir

(10 dəfə) بِالْحُجَّةِ

Bil-Huccəti! – Höccətə (İmam Sahibəzzamana) xatir

Duanın bu yerində Allahdan öz istəklərinizi diləyin.

loading...

Məsləhət Görürük

naser_al_hussain_ibn_ali_by_has00ny-d8h04qn

Hüseyn ibni Əli (ə) Kimdir ?

     Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində …

Яндекс.Метрика

Designed by F.Aliyev