Qaynar Məqalələr

Psixogen sonsuzluğun müalicəsi

sonsuz

Psixogen sonsuzluğun müalicəsi.
Qadınlarda baş verən sonsuzluğun səbəblərindən biri də psixogen sonsuzluqdur. Psixogen sonsuzluq deyəndə, uşaqlıq və yunurtalıq sistemində heç bir patoloji xəstəlikləri olmayan, hormonları normal olan, amma 1 ildən çox cinsi həyat keçirməsinə baxmayaraq hamilə qalmamaq nəzərdə tutulur. Bunun səbəbi qadının psixalogiyasında problemlərin olmasıdır. Dəfələrlə övladlığa uşaq götürdükdən sonra hamilə qalan qadınlara rast gəlinib. Bunun səbəbi qadının özünü ana hissetməsi və ya uşaqla məşğul olduğuna görə hamilə qala bilməməsi barədə düşünməməsidir.
Psixoloji sonsuzluq çətin müalicə olunan xəstəlikdir. Onun müalicəsində psixoterapevtlərlə psixoloqlar birlikdə məşğul olurlar. Sedativ vasitələrin, trankvilizatorların təyininə baxmayaraq müalicə effektiv təsirini göstərmir.
Uzun müddət sonsuzluqdan əziyyət çəkən qadınlara psixonevroloqun konsultasiyası məsləhət görülür. Mütəxəssis tərəfindən mərkəzi sinir sistemini sakitləşdirən dərmanların təyini bəzi hallarda ovulyasiyanı stimulyasiya edən dərmanların təsirindən daha effektiv olur.

immunitet.az

loading...

Məsləhət Görürük

x%c9%99st%c9%99lik

Xəstəlikdən qorxan insanlar

Xəstəlikdən qorxan insanlar. Mütəxəssislərin apardığı araşdırmalar xəstələnməkdən qorxan insanların daha çox xəstəliyə tutulma riski oltuğunu …

Яндекс.Метрика

Designed by F.Aliyev