Cərrahi yolla hamiləlikdən qorunma

cərrahi

Cərrahi yolla hamiləlikdən qorunma.
Cərrahi kontrasepsiya.
Bu könüllü qadın və kişi sterilizasiyası deməkdir. Bunlar təsiri geri dönməyən, yəni daimi olan üsullara aiddir.
Qadın sterilizasiyası – uşaqlıq borularının keçiriciliyinin pozulması (kəsilməsi, tikilməsi) ilə həyata keçirilir və nəticədə mayalanma mümkün olmur. Bu əməliyyat minilaparotomiya və ya laparoskopiya üsulu ilə aparılır.
Kişi sterilizasiyası – vazektomiya. Əməliyyat zamanı xayalıq dərisində kiçik kəsik və ya punksiya vasitəsilə toxumdaşıyıcı axarlar kəsilir və bağlanır. Beləliklə, spermatozoidlərin toxum mayesinə düşməsinin qarşısı alınır. Əməliyyatdan sonra 3 ay ərzində toxumda spermatozoidlər aşkar oluna bilər, ona görə də 3 ay ərzində əlavə kontrasepsiya üsulundan istifadə etmək lazım gəlir.

immunitet.az

 
loading...

Məsləhət Görürük

123

Orqanizmin regenerasiyası

Orqanizmin regenerasiyası Zədələnmiş toxumaların, orqanların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya prosesi …

Яндекс.Метрика

Designed by F.Aliyev