Qaynar Məqalələr

İsterik nevroz

nevroz

İSTERİK NEVROZ
Orta əsrlərdə isteriyalı xəstələr cin vurmuş hesab edilir və kilsə xadimləri onları qəddarcasına cəzalandırırdı. Xəstəliyin elmi əsasları XVIII əsrdə Şarko tərəfindən öyrənilməyə başlanılmışdır. Araşdırmalar xəstəliyin baş verməsində, irsi amillərin rolunu önə çəkmişdir. İsterik nevroz tipinə görə 2 növə ayrılır:
– emosional – affektiv
– funksional – nevroloji
İsteriya infantil konstitusional tip fonunda emosional-effektiv xəstələr zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik və qeyri-dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında ən mühüm cəhət ətrafdakıları müxtəlif vasitələrlə özünə cəlb etmək meylidir.
Xəstələrdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, ədəb, insanpərvərlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməməsi nəzərə çarpır. Eqoizm ,özünə vurğunluq, cinsi həvəsin artması, qarınqululuq və digər xoşagəlməz xasiyyətlər ön plana keçir.
Belə xəstələrdə əhval ruhiyyə tez-tez dəyişir. İsterik nevrozun ağırlaşmalarında aşağıdakı nevroloji pozulmalar mühüm yer tutur:
– hərəki pozğunluqlar (iflic, parezlər, oriyentasiyanın pozulması, hiperkinezlər)
– nitq pozulmaları (afoniya, mutizm, pəltəklik)
Həyəcan zamanı səsin xırıldaması, eşitmənin və görmənin qəfil pisləşməsi isterik nevrozlara xas olan xüsusiyyətlərdir. Xəstəlik zamanı isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu olurlar.
DİAQNOZ:  

Xəstəliyin əlamətlərinə, gedişatına toplanan anamnezə əsasən qoyulur.
MÜALİCƏSİ:

Müalicəsi zamanı psixoterapiya, ümumi möhkəmləndirici müalicə üsullarından- trankvilizatorlardan istifadə edilir. Xəstədə yuxusuzluq əlamətləri varsa yuxugətiricilər təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

baci

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri. Yəqin ki, evə yeni körpənin gəldiyi zaman onun böyük bacı …

Яндекс.Метрика

Designed by F.Aliyev