Qaynar Məqalələr

Xardal souslu toyuq

toyuq

Xardal souslu toyuq
Lazım olan ərzaqlar:
800 qram toyuq
30 qram duru yağ
duz.
Sous üçün:
20 qram kərə yağı
20 qram buğda unu
20 qram xardal
200 qram toyuq bulyonu
100 qram xama və ya qatıq
2 ədəd yumurta
15 qram sirkə
duz və şəkər.
Hazırlanma qaydası:
Təmizlənmış toyuq bir neçə hissəyə ayrılır, üzərinə duru yağ çəkilərək sobaya qoyulur, arada üstünə şərbət və ya su tökülərək qızardılır. Un və yağ tavada qovrulur, üzərinə toyuq bulyonu əlavə edilir, sonra xardal, sirkə və xama əlavə edilib qarışdırılır. Yumurta sarısı ayrıca qabda bulyonla çalınır, sonra sousla qarışdırılır və vam ocaqda qatılaşana qədər bişirilir, duz və şəkər əlavə edilir. Sous toyuğun üzərinə əlavə edilərək sobada vam ocaqda bişirilir. NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev