Qaynar Məqalələr

Vaxtından əvvəl cinsi inkişaf

cinsi
Vaxtından əvvəl cinsi inkişaf.
Cinsi inkişaf genetik proqramlaşdırılmış proses olub, 7-8 yaşlarından başlanır və 17-18 yaşında başa çatır. İkincili cinsi əlamətlərin və aybaşıyabənzər ifrazatın 7 yaşa qədər meydana çıxması vaxtından əvvəl cinsi inkişaf adlanır.
Vaxtından əvvəl cinsi inkişaf – izoseksual, yəni qadın və heteroseksual, yəni kişi tipli ola bilir.
Vaxtından əvvəl cinsi inkişafın bir neçə forması var:
* serebral forma
* konstitusional forma
* yumurtalıq forma.
Serebral forma həqiqi vaxtından əvvəl cinsi inkişaf hesab edilir, çünki patoloji prosesə hipotalamusun hipofizotrop nahiyəsi cəlb olunur. Buna görə də hipofizdə qonodotropin sintez olunur. Qonadotropin isə, öz növbəsində yumurtalıqlarda estrogenlərin sekresiyasını stimulə edir.
Qızlarda həqiqi vaxtından əvvəl cinsi yetişkənlik üzvi və funksional xarakter daşıya bilir. Üzvi zədələnmələrdən ən çox rast gəlinən dölün hipotrafiyası, asfiksiyası, doğuş travması, meningitlər və başqa neyroinfeksiyalardır.
Mərkəzi sinir sisteminin funksional xarakterli pozulmaları kiçik yaşda (2-4 yaş) keçirilən infeksion xəstəliklərdən sonra meydana çıxır.
Vaxtından əvvəl cinsi inkişafın konstitusional forması irsi və ailəvi xarakter daşıyır. Vaxtından əvvəl cinsi yetişkənliyin yumurtalıq forması yumurtalığın şiş xəstəlikləri olduqda müşahidə edilir. Şiş toxuması tərəfindən estrogenlərin ifrazı avtonom xarakter daşıyır.
Patologiyanın diaqnozu anamnez, fiziki və cinsi inkişafın dinamikasına və ginekoloji müayinələrin nəticələrinə əsasən qoyulur. Xəstələrə USM və KT müayinələri keçirilir və hormonal müayinələr aparılır.
Müalicə vaxtından əvvəl cinsi yetişkənliyə səbəb olan amilləri aradan qaldırmaqdan və hormonların ifrazını azaltmaqdan ibarətdir. Əgər yumurtalıqlarda şiş aşkar edilərsə müalicə cərrahi yolla aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev