Qaynar Məqalələr

Eroziya

goz

Eroziya
Eroziya uşaqlıq boynunun ektoserviks nahiyyəsində çoxqatlı yastı epitelin defektidir. Hesab olunur ki, uşaqlıq yolunun turş mühitində iltihabi proseslərin təsiri ilə nekrobioza uğramış çoxqatlı yastı epiteli mexaniki travma nəticəsində o, olduğu membrandan soyulur və eroziya əmələ gəlir. Bu zaman hüceyrələrin bazal qatı saxlanılır və bununla sağalma imkanı qismən də olsa mümkün olur. Eroziya spesifik klinkaya malik deyildir, buna görə də çox vaxt xəstə həkimə müraciət etmir. Eroziya 2-3 gündən 1-2 həftəyə qədər mövcud olur və uşaqlıq boynunun selikli qişasında al qırmızı rəngdə, epitel örtükdən məhrum deffekt sahəsi kimi görünür.
Diaqnozu:
Uşaqlıq boynunun eroziyası xəstələrdə heç bir kliniki əlamətlərlə təzahür etmir. Diaqnoz təsadüfən ginekoloqa müraciət edildiyi zaman meydana çıxır.
Müalicə:
Müalicəsi xəstəyə antibakterial terapiya, məlhəmli tamponlar və antibiotik tərkibli şamlardan ibarətdir. Uşaqlıq yolunun mikroflorasını normallaşdırmaq üçün solkoselik, çaytikanı yağından istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev