Qaynar Məqalələr

Ürək-damar xəstəliyi olanlar üçün pəhriz

damar

Bu pəhriz  ürək-damar xəstəliyi olan xəstələr üçün nəzərdə tutulub.
Pəhrizin məqsədi qan dövranını yaxşılaşdırmaq, ürək-damar sisteminin fəaliyyətinin normal işləməsinə köməklik göstərməkdən ibarətdir.
Pəhrizə kalori və enerji dəyəri az olan, qara ciyərin yükünü ağırlaşdırmayan, həzm prosesini yüngülləşdirən qida maddələri daxildir. O cümlədən sinir sistemini qıcıqlandıran qida maddələri də rasiona daxil deyil.
Ürək-damar sistemi xəstələri gün ərzində 5 dəfə qidalanmalı və tərkibində kaılium, maqnium olan qidalara üstülük verməlidir. Belə xəstələr mədə-bağırsaq sisteminin fəaliyyətini nəzarətdə saxlamalı, qəbizliyə yol verməməli, çox maye qəbul etməməlidirlər.
Ürək-damar sistemi xəstəliyi olan adamlara aşağıdakıları yemək olmaz:
– təzə ağ çörək
– ət, balıq, göbələk bulyonları
– ördək, qaz əti
– qara ciyər
– xaş
– hisə verilmiş qidalar
– ət konsevləri
– balıq kürüsü
– qızardılmış, soyutma yumurta
– turşular
– sarımsaq, acı bibər, istiot, ədviyyatlar
–  çay, kofe
Belə xəstələrə nələri yemək olar?
– II növ buğda unundan duzsuz çörək
– vegeteryan şorbaları (kartof, yerkökü, göyərti, müxtəlif tərəvəzlərlə birgə)
– qızardılmamış, yağsız quzu, mal, toyuq, hind quşu əti
– dəniz məhsullarından qızarılmamış qidalar
– süd və süd məhsulları
– gündə 1 soyutma yumurta
– təzə tərəvəzlərdən müxtəlif salatlar
– meyvə şirələri, bitki dəmləmələri
– şit kərə və bütün növ bitki yağları.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev