Qaynar Məqalələr

Qrip ensofaliti

qrip

QRİP ENSOFALİTİ
Xəstəlik A1, A2, A3, B qrup viruslar tərəfindən törədilir. Xəstəlik qrip virusunun fəsadı kimi ortaya çıxır. Qrip virusu patogen viruslara aiddir. Bu virus çox az hallarda damarların reseptorlarına toksik təsir göstərir. Qrippoz infeksiya zamanı patogenetik mexanizmlər baş beyində neyrotoksikoz və dissirkulyar təzahürlər meydana çıxır.
PATOLOGİYASI: Xəstəlik zamanı baş beyində damarların qanla dolu olması, trombovaskulitlər, beyində kiçik diapedez və ocaqlı qansızmalar, infiltiratlar baş verir.
KLİNİKASI: Sinir sisteminin zədələnməsi bütün qrip hallarında baş verir və baş ağrısı, göz almalarının ağrılı olması, əzələlərdə ağrı, adinamiya, yuxululuq şəklində təzahür edir. Əslində bu əlamətlər adi qrip zamanı da baş verə bilir, amma sinir sisteminin pozulması əlamətləri qrippoz ensefalitdə özünü biruzə verir. Çünki qrippoz ensefalitdə xəstənin vəziyyəti yenidən pisləşir, tempratur yüksəlir, ümumbeyin əlamətlər (baş ağrısı, qusma, baş gicəllənməsi), yüngül meningit əlamətləri meydana çıxır. Xəstəlik zamanı üçlü və boyun ənsə sinirlərinin nevralgiyası, bel-sarğı və boyun radikulitləri, simpatik düyünlərin, periferik sinir sisteminin zədələnməsi baş verir. Xəstəliyin gedişi bir neçə gündən, bir neçə aya qədər davam edə bilir.
Xəstələrdə yüksək hərarət, üşütmə, komaya qədər şüurun pozulması baş verir, tez-tez qıcolmalar qeyd edilir. Hemorragik qrippoz ensefalitin gedişi ağırdır, çox zaman ölümlə nəticələnir.
Ensefalitin gedişi bir qayda olaraq kəskindir, əvvəlləri respirator virus xəstəliyinə və ya bağırsaq infeksiyasına bənzəyir, sonralar beyin əlamətləri başlayır, periferik sinir sistemi zədələnir.

immunitet.az

loading...

Məsləhət Görürük

14063815_280619148977900_714207152020127804_n

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin …

Яндекс.Метрика

Designed by F.Aliyev