Ilahi keks

keks

Ilahi keks
Bu keks çox dadlıdır. Bişirsəniz əminəm ki, reseptini dostlarınızla da paylaşacaqsınız.
Tərkibindəkilər:
– 500 qram un
– 450 qram şəkər tozu
– 450 qram kərə yağı
– 8 xörək qaşığı kakao
– 120 ml kefir
– 220 ml qaynar su
– 6 xörək qaşığı süd
– 15 qram vanil
– 1 çimdik duz
– 1 çay qaşığı soda.

-2 yumurta
Hazırlanması:
Əvvəlcə soba 180 dərəcə qızdırılır. Sonra orta ölçülü qaba 250 qram yağ tökülüb, üzərinə 4 xörək qaşığı kakao tozu əlavə edilir, vam odun üstündə qarışdırılır (Yerdə qalan yağ və kakao qlazur üçün saxlanılır). Eyni kütlə halına gələndə üstünə qaynar su tökülür, yaxşı-yaxşı qarışdırılır. Bir dəqiqə sonra odun üstündən götürülür.
Başqa bir qabda un, şəkər tozu və duz qarışdırılıb qaynar kütlənin üzərinə az-az əlavə olunaraq möhkəmcə qarışdırılır. Kənarda yumurta kefirlə çalınıb, isti şokoladlı kütləyə əlavə edilir. Mikser və ya əllə fərqi yoxdur, amma mütləq yaxşı qarışdırmaq lazımdır. Korju bişirmək üçün 32 sm diametrli tavan yağlanıb un səpilir. Kütlə yağlanmış tavaya tökülüb, 20 dəqiqə müddətində sobada bişirilir.
Keks hazır olana kimi zəif odun üstündə yerdə qalan yağ və kakao süd ilə  həll edilib bişirilir, keks soyuyandan sonra üstünə tökülür.

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev