Sağlam qidalanma

 

1278

Sağlam qidalanma
İnsanın sağlam həyat tərzi sürməsi üçün sağlam qidalanması lazımdır. Hər bir orqanizm özünə lazım olan mineral və vitaminləri gündəlik qidası vasitəsilə qəbul etməlidir. Orqanizmin zülal və karbohidratlara olan gündəlik təlabatının nə qədər olduğunu bilirsinizmi?
1 qram zülal və 1 qram karbohidrat  4,1 kilokaloriyə bərabərdir. 1 qram yağ isə 9,3 kaloridir. Yediyimiz qidaların hamısını üz kağızında 100 qram qidanın tərkibində olan kalori dəyəri yazılır.
Qidalar vasitəsilə qəbul etdiyimiz kalori bizim çəkimizi, əmək qabiliyyətimizi təmin edir. Hər bir orta yaşlı adam gün ərzində 1 kq bədən çəkisinə 40-50 kalori qəbul eləməlidir. Fiziki aktivlik zamanı isə orqanizmin kaloriyə olan təlabatı 1 kq çəkiyə 70-100 mq-a çatır. Az hərəkətli adam gün ərzində 30-35 kalori qəbul etsə kifayətdir.
Orqanizmin zülala olan gündəlik təlabatı 80-100 mq-dır. Fiziki aktivlik zamanı bu təlabat 160 mq-a çatır.
Yağ insan bədəninə enedji verən bir qidadır. Yağın qəbulu ilə bizım bədənimiz yağda həll olan vitaminləri də qəbul etmiş olur. Bu vitaminlərə A, D, E, K vitaminləri aiddir. Biz yağı ət məhsulları, bitki və kərə yağı vasitəsilə alırıq.
Karbohidratlar orqanizmin enerji sərfiyyatını bərpa eləmək xüsusiyyətinə malikdirlər. Karbohidratlatın tərkibində polisaxaridlər, petkin maddəsi vardır ki, bunlar da bağırsağın peristaltikasını və ödün fəaliyyətini yaxşılaşdırır. Polisaxaridlər meyvə və tərəvəzlərin tərkibində, qara çörəkdə daha çox olur.
Şəkərə olan gündəlik tələbat 50-100 mq, karbohidratlara olan təlabat isə 400-500mq-dan ibarətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

kokteyl2

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama. 7 gün ərzində sağlam şəkildə arıqlamaq …

Яндекс.Метрика

Designed by F.Aliyev