Detoks proqramı

detoks

Detoks proqramı
Detoks orqanizmdən toksin və artıq mayenin çıxarılması ilə həyata keçirilən proqramdır. Proqramın məqsədi orqanizmə zərər vermədən, sağlam şəkildə arıqlamaq, hüceyrələrin yenilənməsini təmin etmək, parlaq və gözəl cildə sahib olmaqdan ibarətdir. Detoks proqramının bir-neçə qanunu var.
* Yeməklərdə duz olmamalı, ədviyyat qatılmamalıdır.
* Çay, şirə, kofe əvəzinə su içilməlidir.
* Gün ərzində 2,5 – 3 litr su içilməlidir.
* Yuxu normaya salınmalıdır.
Dietoloq Şebnem Demirin təyin etdiyi qida rasionu və yuxarıda yazılanlara əməl etsəniz orqanizmin vitamin balansını saxlamaq şərti ilə arıqlamaq olar.
Səhər yeməyi.
3 kərəviz, 1 xiyar, 2 qırmızı kələm, 1 ədəd limon, 1 yaşıl alma, 1 qaşıq zəncəfil, 1 çimdik razyana.
2-ci səhər yeməyi
8 ədəd çiyələk, 1 ədəd acı bibər, 2 ədəd xiyar, 4 xörək qaşığı qatıq, 2 stəkan yaşıl çay.
Günorta yeməyi.
1 dəstə ispanaq, 1 yarpaq kələm, 1 ədəd yaşıl alma, 1 xiyar, 1 armud
2-ci günorta yeməyi
10 ədəd ispanaq yarpağı, yarım avakado, 2 ədəd kivi, 1/4 banan, 1 stəkan ilıq süd.
Axşam yeməyi.
1 dəstə ispanaq, 1 xörək qaşığı zeytun yağı, 1 baş soğan, 1 dilim qabaq, 1 diş doğranmış sarımsaq, 1 dəstə cəfəri, 1/2 limon suyu, 2 stəkan su qarışımından bişirilmiş şorba.

immunitet.az

loading...

Məsləhət Görürük

zeka

Zəkanı və yaddaşı artırmağın 15 yolu

Zəkanı və yaddaşı artırmağın 15 yolu. Alimlərin hesablamalarına görə insan beyninin ən yaxşı işlədiyi yaş …

Яндекс.Метрика

Designed by F.Aliyev