Qaynar Məqalələr

Lavaş böyrəyi

lavaş

Lavaş böyrəyi üçün lazım olanlar aşağıdakılardır:
Xəmir üçün:
– un
– duz
– su
– maya
Xəmir yoğrulub acımağa qoyulur. Bu müddətdə böyrəyin içliyi hazırlanır. İçlik üçün lazım olanlar:
– 500 qram üyüdülmüş ət
– 1 baş soğan
Ətin üzərinə xırda doğranmış soğan əlavə edilib yüngül qızardılır, duz və istiot əlavə edilir. Acımış xəmirdən kündələr hazırlanıb, yuxa açılır. 2 yuxanın arasına sous sürtülüb, ət səpılir.
Sous üçün lazım olanlar:
– 1 stəkan duru yağ
– 1 stəkan smetan
– 2 xorək qaşığı su.
Sonra yenidən yuxa açılıb, ətin üstünə qoyulur, sous sürtülüb, yenidən yuxa qoyulur. Bu üsulla 2 qat yuxa sousla, 1 qat yuxa ətlə olur. Üçüncü dəfə ətin üstü 2 yuxa ilə örtülür və yumurta sarısı çəkilib, qara çörək toxumu səpilib sobada bişirilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev