Qaynar Məqalələr

Ətli şaurma

etli

ƏTLİ ŞAURMA.
Şaurma ayaqüstü yeyilən yeməklərin ən ləzzətlilərindən biridir.
Şaurmanı ev şəraitində də hazırlamaq olur. Bunun üçün sizə aşağıdakılar lazımdır:
– 500 qram qoyun və ya toyuq əti
– 200 qram üyüdülmüş ət
– 2 xörək qaşığı yoqurt
– 1 xörək qaşığı zeytun yağı
– 1 xörək qaşığı tomat
– 1 baş ağ soğan
– 1 baş qırmızı soğan
– xiyar, pomidor
– duz, iatiot, zövqə görə ədviyyatlar.
1. Qoyun əti 0,7 mm qalınlığında doğranır.
2. Zeytun yağı, yoqurt, duz, istiot, pul bibər qarışdırılır, ətlər qarışımın içərisinə qoyulur, 2 saat orada saxlanılır.
3. Soğan üyüdülüb farşa qatılır, tomat əlavə edilir və duz, istiot, ədviyyatlar qatılıb qarışdırılır.
4. Qarışımı qida üçün zərərsiz plyonkanın içərisinə 1 qat farş, 1 qat yoqurtda saxlanılan ət qoyulub, soyuducunun dondurma bölməsində 1 sutka saxlanılır.
5. Qonaqlar gəlməmişdən əvvəl farş dondurucudan çıxarılır, nazik-nazik doğranıb
yüngül qızardılır, çörəyin arasına pomidor, xiyar, halqa doğranmış soğanla birlikdə qoyulur.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev