Qaynar Məqalələr

Lavaşda ərəb şaurması

ərəb

LAVAŞDA ƏRƏB ŞAURMASI
Lazım olanlar:
– 1 kq yağsız qoyun əti
– 1 stəkan uksus
– 1 diş sarımsaq
– 1 çay qaşığı darçın
– 1 çay qaşığı qoz
– 1 çimdik hil
– 2 xiyar
– 2 pomidor
– 1 bibər
– lavaş
Sous üçün:
– 1 stəkan smetan
– bir-neçə göy soğan
– 1 diş sarımsaq
– pul bibər
– duza qoyulmuş xiyar
– duru yağ
1. Darçın, qoz, hil, uksus, sarımsaq qaışdırılıb bir qarışım hazırlanır.
2. Ət nazik doğranıb, qarışıma batırılır və 1 sutka saxlanılır.
3. Bir sutka sonra ət nazik doğranır, duru yağda yüngül qızardılır.
4. Sonra ətləri falqaya büküb, duxovkada 20 dəqiqə müddətində qızardılır.
5. Smetan sarımsaqla qarışdırılıb, soğan və duzlu xiyar əlavə edilir.
6. Pomidor, xiyar, istiot qarışdırılır.
7. Lavaş stolun üstünə sərilir və sous sürtülür, pomidor, xiyar, istiot, bol ət qoyulub bükülür.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev