Toyuq və pendirli yaşıl salat

salat

Toyuq və pendirli yaşıl salat.
Salat üçün lazım olanlar:
– 100 qram xiyar
– 180 qram pomidor
– 100 qram göy soğan
– 450 qram döş əti
– 100 qram konservləşmiş qarğıdalı
– 4 xörək qaşığı smetan
– 50 qram duzlu pendir
– 5 qram duz
– 2 qram qara istiot
– toyuq üçün ədviyyat.
Pomidor və xiyar yuyulub, ortaboy kubiklər şəklində doğranılır, üzərinə doğranmış soğan əlavə edilir. Duz, istiot qatılır. Toyuğun döş əti xırda-xırda doğranıb yağlı tavada qızardılır, toyuq üçün hazırlanan ədviyyat vurulur. Qarğıdalı, doğranmış tərəvəzlər ilə qarışdırılıb mikserdə çalınır, üstünə smetan qatılır. Qızardılmış toyuq filesinin üzərinə mikserdəki sous tökülüb, sürtkəcdən keçirilmiş pendir əlavə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

pecenye

Qozlu peçenye

Qozlu peçenye. Lazım olanlar: * 125 qram kərə yağı * 1 armudu stəkan duru yağ …

Яндекс.Метрика

Designed by F.Aliyev