Qaynar Məqalələr

Duyğularımız

duyğu

Duyğularımız
Duyğular – indiki anda hiss üzvlərinə təsir edən cism və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikasıdır. Hissi idrak duyğulardan başlayır. Onun başlıca funksiyası ətraf aləmdə, eləcə də bədəndə baş verən hadisələr barədə subyektiv məlumat verməkdir. Duyğular bütün idrak proseslərinin bünövrəsini təşkil edir. Duyğular həmişə emosional rəngə malik olur. Duyğular müxtəlif cür olur:
Görmə duyğusu – xarici duyğular arsında mühüm yer tutur, xarici aləm barədə məlumat verir. Ətraf aləmdən beynimizə daxil olan informasiyanın 80-90%-i məhz görmə vasitəsi ilə əldə edirik. Görmə duyğusunun sayəsində biz ətrafdakı cisimlərin ölçüsünü, rəngini, həcmini dərk edirik.
Eşitmə duyğusu – müxtəlif uzunluğa malik səs dalğalarıdır. İnsanı saniyədə 16-dan 2000 tezliyə malik səslər əhatə edir. Səsləri, musiqini səs dalğaları sayəsində eşidirik.
Dadbilmə duyğusu – suda, tüpürcəkdə həll olunan müxtəlif maddələrin dad analizatorunun ağız boşluğunun selikli qişasında yerləşən reseptoruna təsiri nəticəsində əmələ gəlir.
İybilmə duyğusu – İybilmə analizatorunun reseptorları burun boşluğunda yerləşir. Bu reseptorların hesabına biz müxtəlif cür qoxuları bir-birindən ayıra bilirik.
Üzvi duyğular – daxili üzvlərin vəziyyətinin inikasından ibarətdir. Aclıq, susuzluq, toxluq, bədəndə ağrı üzvü duyğulara aiddir.
Dəri duyğuları – dəridəki reseptorlar vasitəsilə biz soyuğu, istini, ağrını hiss edirik.
Kinestetik duyğular – bədənimizin vəziyyətinin, müvazinatın inikasından ibarətdir.
Ağrı duyğuları – cisim böyük qüvvət ilə bədənin hər hansı bir yerinə toxunduqda eyni zamanda çox soyuq və ya isti, qıcıqlandırıcı bədənin müəyyən yerinə təsir göstərdikdə əmələ gəlir. İnsanın 1kv.santimetrinə düşən ağrı reseptorlarının sayı 100-ə bərabərdir.

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev