Tüpürcək vəzlərinin sekresiyasının pozulması

1234

Tüpürcək vəzlərinin sekresiyasının pozulması
Ümumi məlumat:
Tüpürcək vəzlərinin sekresiyasının pozulması – tüpürcək ifrazının pozulması ilə təzahür olur.
Səbəbləri:
Bu zaman 3 böyük tüpürcək vəzisinin ( qulaqətrafı, çənəaltı, dilaltı) patologiyası nəticəsində bu xəstəlik baş verir. Bu zaman tüpürcək vəzlərinin, sinir uclarının qıcıqlanması və ya innervasiyasının pozulması baş verir. Bu özünü hipersalivasiya ( sutkada 2 litr tüpürcəyin ifraz olunması), hiposalivasiya( sekresiyanın azlması) ilə təzahür olur. Bu patologiya Parkinson xəstəliyi olanlarda, beyin qan dövranı pozğunluğu olan, hamilələrin toksikozunda, üçlü sinirin nevralgiyasında  rast gəlinir.
Klinikası:
Hiposalivasiya ağızda quruluq ilə biruzə verir. Hiposalivasiya ümumi xəstəliklərin ( sepsis, pnevminiya, intoksikasiya, zəhərlənmələr, bədxassəli anemiya və s.) simptomu, həmçinin vəzlərin öz patologiyaları ( iltihab, vəzlərin tıxanması, atrofiyalar, quruluş anomaliyaları) kimi meydana çıxa bilər.
Müalicəsi:
Əsas müalicə xəstəliyin səbəbini aradan qaldırmaqdan ibarətdir. Hiposalivasiya zamanı ağız boşluğunu islatmaq lazımdır. Onkoloji proses zamanı tüpürcək vəzlərinə cərrahi müalicə tələb olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

triotrop

Tiroid hormonları

Tiroid hormonları Tiroid hormonları, yəni tiroksin və triyodtironin qalxanvari vəzin zülali maddəsi olan tiroqlobilinin tərkibində …

Яндекс.Метрика

Designed by F.Aliyev