Quru perikardit

penkr

Quru perikardit
Quru perikardit özünü xəstələrin ürək nahiyyəsində, sol qola və sol döş sümüyünün arxasına vuran ağrılarla göstərir. Ağrılar yarandıqdan bir müddət sonra analgetiklərin təsirindən itir, sonra yenidən saatlarla davam edir. Ağrı bəzən günlərlə davam edir, bəzən isə stenokardiya tutmaları müşahidə olunur. Nitroqliserin ağrıları aradan qaldırmır. Xəstələr az miqdar qızdırmanın olmasından, üşütmədən, halsızlıqdan, sklet əzələlərində baş verən gərginlikdən şikayət edirlər.
Quru perikarditdə ürək tonları dəyişmir. Ürəkdə perikardın sürtünmə küyü eşidilir. Küy daimi xarakter daşımır, ürək fəaliyyətinin fazaları ilə sinxron olur.
Diaqnoz: Xəstəliyin diaqnozu EKQ-nin nəticələrinə və ürək tonlarına qulaq asmaqla qoyulur.
Müalicə: Xəstənin fiziki hərəkətliliyi məhdudlaşdırılır, yataq rejimi təyin edilir. Xəstəyə ağrıkəsicilər, antibiotiklər, qlükokortikosteroidlər təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev