Kələm kotleti

kotlet

Kələm kotleti
10 kotlet üçün lazım olanlar:
– 600 qram kələm
– 2 xörək qaşığı mannı
– 200 qram quru çörək
– 50 qram bitki yağı
– 50 qram su
– duz,istiot
1. Kələm blenderdə çox xırda üyüdülür, su, duz, istiot qatılıb duru yağda qızardılır. Yumuşaq olması üçün qızardılan zaman tavanın qapağı örtülü saxlanılır.
2. Kələm dərin bir qabın içinə tökülüb, üzərinə mannı əlavə olunub, qarışdırılır.
3. Bir neçə dəqiqə sonra kələmə üyüdülmüş quru çörək əlavə edilib qarışdırılır.
4. Tavaya duru yağ tökülüb qızdırılır, kələm qarışımının hər iki üzü qızardılır.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Şokoladlı likör

Şokoladlı likör. Lazım olanlar: * tünd şokolad – 200 qram * araq – 1,5 litr …

Яндекс.Метрика

Designed by F.Aliyev