Qaynar Məqalələr

Ağcaqanad sancması zamanı nə etməli?

aöcaq

Ağcaqanad sancması zamanı nə etməli?
Ağcaqanad sancması xüsusilə gecələr insanları narahat edir. Ağcaqanad sancması zamanı yerli olaraq tətbiq olunacaq bir sıra təbii vasitələr var. Onlar aşağıdakılardır:
Sirkə – ilk qaşıntını, sancmanı hiss etdikdə bilavasitə yaranın üstünə sirkə tətbiq etmək lazımdır. Əgər yara yeri birdən çoxdursa sirkəni bir miqdar suda həll edib həmin nahiyyəni yumaq olar.
Aloe – qaşıntını aradan qaldırmağa kömək edir. Bunun üçün aloe bitkisi yaxud tərkibində orqanik aloe olan gellərdən istifadə etmək olar.
Sabun – quru sabun bilavasitə yara yerinin üzərinə çəkilir, qaşıntının aradan qaldırılmasını təmin edir. Ancaq qaşıntı keçdikdən sonra yara yerini su ilə yumaq lazımdır.
Soda və su qarışığı – qatı şəkildə həll edib yara nahiyəsinə çəkmək lazımdır. Qısa müddət ərzində şişkinlik və qaşıntı keçəcəkdir.
Soğan – yara nahiyyəsinə soğan suyu sıxmaq kifayətdir.
Diş pastası – tez və effektli olur. Xüsusən nanə tərkibli diş pastalarının istifadəsi məqsədəuyğundur.
Bal – az miqdar balı yara nahiyyəsinə tətbiq etmək lazımdır. Bu, həmçinin yara nahiyəsinə infeksiya düşmə riskini də aradan qaldırır.
Limon – limon suyu sancma nahiyyəsindəki qaşıntını, şişkinliyi aradan qaldırır. Eyni zamanda infeksiya riskini də minimuma endirir.
Sarımsaq – yara nahiyyəsinə sarımsaq qoymaq kifayətdir. Bu zaman zəif yanğı hiss oluna bilər, amma sonra keçib gedir.
Buz – yara nahiyyəsinə buz qoymaq qaşıntının qarşısını alır. Əgər əlinizin altında buz yoxdursa yara nahiyyəsini axar su ilə yumaqla da kifayətlənə bilərsiz.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev