Qaynar Məqalələr

Kətan toxumu ilə arıqlama

1234

KƏTAN TOXUMU İLƏ ARIQLAMA
Kətan toxumunun bir çox xəstəliklərdə müalicəvi təsiri olduğunu hamı biıir. Amma arıqlamağa kömək edtiyini yəqin ki, çoxlarınız bilmirsiniz. Kətan toxumunun tərkibində Omeqa 3 olduğu üçün orqanizmdə yağ-piy mübadiləsini yaxşılaşdırır. Bu da bədəndə illərlə yığılıb qalmış yağların tədricən əriməsinə səbəb olur.
Kətan toxumunun tərkibində olan doymamış yağ turşuları su-duz mübadiləsinin fəaliyyətini normallaşdırır, qanda şəkərin və xolesterolun səviyyəsini aşağı salır.
Kətan toxumunun tərkibində olan fenol birləşmələri yağ mübadiləsini yaxşılaşdırır, qara ciyərin fəaliyyətini normaya salır, həzm prosesini yaxşılaşdırır.
Sizlərə kətan toxumu ilə arıqlamaq üçün bir-neçə resept demək istəyirəm.
1-ci resept:
Gün ərzində 2 xörək qaşığı kətan toxumunu yediyiniz, içdiyiniz hər bir qidaya qatmaqla qəbul edin. Gün ərzində 2 litrdən az olmayaraq su için.
2-ci resept:
Kətan toxumu dəmləməsi için. Bunun üçün 2 çay qaşığı kətan toxumunun üzərinə 1 stəkan soyuq su əlavə edib 30 dəqiqə gözləyin. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl için. Bu proseduru 21 gün təkrar etsəniz təsirini görəcəksiniz.
3-cü resept:
Qurumuş kətan yarpaqlqrının üstünə qaynar su töküb termosda 1,5 saat dəmləyin. Yeməyə yarım saat qalmış, 10 gün içilərsə, öz təsirini göstərir. 10 gün sonra 1 həftə fasilə verib, proseduru yenidən təkrarlamaq lazımdır.
4-cü resept:
2 xörək qaşığı kətan toxumunun üzərinə 1 litir su əlavə edib su hamamında bişirilir. Sonra dad üçün istənilən giləmeyvədən əlavə edib, soyuducuda saxlanılır. Dadlı bir kisel alınır.
5-ci resept:
Kətan kəpəyi ilə kefir qarışdırılır, 30 dəqiqə saxlanılır. Yatmazdan qabaq içilir.
6-cı resept:
Arıqlamaq üçün içdiyiniz meyvə-tərəvəz şirələrinin içərisinə üyüdülmüş kətan toxumu töküb içmək arıqlamağa yaxşı köməklik göstərir.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev