Qaynar Məqalələr

Hamilələrin şikayətləri

1234

Hamilələrin şikayətləri
Hamiləliyin xəstəlik olmadığı hamıya məlumdur. Bu qadın orqanizmi üçün normal fizioliji hal sayılır. Hamiləlik boyu demək olar ki, bütün qadınlar bəzi narahatçılıqlarla üz-üzə qalır. Sağlam hamiləlik keçirən qadınların da bir çox şikayətləri olur ki, bu şikayətlər bütün qadınlarda eyni olur.
Hamiləlik zamanı qadınların hormonal sistemində bir çox dəyişikliklər baş verir, onların çəkisi artır, psixikalarında müəyyən dəyişikliklər baş verir.
Hamilələrin əsas şikayətləri ürəkbulanma və qusmadan olur. Onlarda həzm sistemi pozulur, qəbizlik baş verir.
Qarnın ölçüsü boyüdükcə beldə ağrılar, qarında ağırlıq hissi olur. Son aylarda isə ayaqlarda şişkinlik olur. Orqanizmdə kalsiumun miqdarı azaldığına görə dişlərdə karieslər artır, ayaq əzələlərində qıcolmalar baş verir. Bunun üçün həkimin göstərişi olmadan dərman qəbul eləmək düzgün sayılmır.
Hamilə qadının həkim nəzarəti altında olması vacibdir. Həkimin göstərişi olmadan hamiləlik zamanı heç bir dərman qəbul etmək olmaz. Belə vəziyyətdə hamilə qadınlara, hamilələr üçün xüsusi geyim geyinmək, antivarikoz ayaqlıqlardan istifadə etmək məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev