Qaynar Məqalələr

Boru hamiləliyi

boru

Boru hamiləliyi
Uşaqlıqdankənar hamiləliklərdən ən çox rast gəlinəni boru hamiləliyidir. Boru hamiləliyi mayalanmış yumurta-hüceyrənin boruda yerləşməsi deməkdir. Boruda yerləşdiyi yerindən asılı olaraq boru hamiləliyinin aşağıdakı formaları var:
– intersistal
– istmikal
– ampulyar
Trofoblastın tipik implantasiya yeri uşaqlıq borusunun ampulyar hissəsi (60-95%), istmik hissəsi (15%), intersistal nahiyə (1%) olur.
Ölüm hallarının çox hissəsi intersistal boru hamiləliyi ilə əlaqədar olur.
Uşaqlıqdankənar hamiləliyin səbəblərindən biri yumurtalıqların funksiyasının pozulmasıdır. Bu, həm neyroendokrin dəyişikliklər, həm də iltihabi pozğunluqlar zamanı baş verir. Belə ki, follikulyar fazada uşaqlıq borularının əzələsinin spastik yığılması baş veriri ki, bu da ovulyasiya zamanı daha da guclənir. Bu da yumurta-hüceyrənin borunun ampulasına keçməsinə şərait yaradır.
Uşaqlıqdankənar hamiləlik infantilizmi olan qadınlarda daha çox rast gəlinir. Bu qadınların çoxunda demək olar ki, yumurtalıqların hipofunksiyası və boruların anotomo-fizioloji dəyişiklikləri qeyd olunur. Bu da yumurta-hüceyrənin boruda implantasiyasına şərait yaradır.
Uşaqlıq borularının endometriozu zamanı boruların peristaltikası bitişmə proseslərinin hesabına əhəmiyyətli dərəcədə pozulur ki, bu da boru hamiləliyinin baş verməsinə səbəb ola bilir.
Klinikası: Uşaqlıq borusunda dölün inkişafı üçün əlverişli şərait olmadığına görə hamiləlik 7-8 həftəlrində pozulur, borunun divarı gərilir və nazilir. Sinir liflərinin destrusiyası baş verir, boru partlayır.
Bəzən qarının aşağı hissəsində ağrılar, üşütmə, qanaxma baş verir.
Diaqnozu: Xəstəliyin diaqnozu toplanmış anamnezə və kliniki əlamətlərə əsaslanır. Diaqnozun qoyulmasında transvaginal exoqrafiyanın da rolu böyükdür.
Müalicəsi cərrahi yolla aparılır. Uşaqlıq borusu, yumurtalıq rezeksiya olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev