Qaynar Məqalələr

Şüyüd haqqında bilmədikləriniz

suyud

ŞÜYÜD HAQQINDA BİLMƏDİKLƏRİNİZ.
Şüyüd süfrəmizdə ən çox işlədilən göyərtilərdən biridir. Onu həm tək, həm də salatların tərkibində yeməyi çoxlarımız xoşlayırıq. Şüyüdün faydalı, müalicəvi təsirləri barədə bəzi məlumatları sizinlə bölüşmək istəyirəm.
Şüyüdün tərkibində C, B vitaminləri, karotin, nikotin və fol turşusu, qiymətli mikroelementlər, kalsium, dəmir, kalium və fosfor var. Tərkibindəki mikroelementlərə görə şüyüd mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır, ürək damar fəaliyyətini yaxşılaşdırır. Güclü müalicəvi təsiri böyrək xəstəlikləri və sistitin əlamətlərini aradan qaldırır. Şüyüdün orqanizmə aşağıdakı müsbət təsirləri var:
– damarları genişləndirir
– bağırsağın peristaltikasını yaxşılaşdırır
– ödqovucu təsirə malikdir
– sidikqovucu təsirə malikdir
– qazqovucu təsiri var
– başağrısı və yuxusuzluğa faydası var
– uşaq əmizdirən analara südgətirici təsiri var.
Müasir tibb, şüyüdü təzə halda yeməyi məsləhət görür. Tibbdə 1 ml şüyüd yağını 1000 ml suya qatıb şüyüd suyu hazırlanır. Şüyüd suyu arterial təzyiqi aşağı salır, əzələlərin tonusunu yüksəldir.
Böyrək xəstəliklərində 1 xörək qaşığı doğranmış şüyüdün üzərinə 200 ml qaynar su tökülüb, 15 dəqiqə ağzı qapalı saxlanılıb içilir.
Meteorizm və qəbizlik zamanı 1 xörək qaşığı quru şüyüdün üzərinə 0,5 litir qaynamış su töküb 1 saat saxlanır. Gündə 3 dəfə, hər dəfə 0,5 stəkan yeməkdən qabaq içmək xəstəliyin əlamətlərini aradan qaldırır.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev