Qoz mürəbbəsinin hazırlanması

qoz

QOZ MÜRƏBBƏSİNİN HAZIRLANMASI
Lazım olanlar:
1 kq qoz
şərbət üçün
1,5 kq şəkər tozu
1,5 stəkan su
1 az limon duzu
mixək, hil
Tam yetişməmiş orta ölçüdə qozlar soyulub, çəngəllə deşilir. 1 saat soyuq suda saxlanılır, suyu atılır. 21 gün müddətində əhəngli suda saxlanılır, gündə bir neçə dəfə əhəngli suda olan qozlar qarışdırılır. 21 gün sonra qozlar əhəngdən çıxarılır, bol su ilə çoxlu-çoxlu yuyulur. Qozların yuyulduğu su durulduqdan sonra suyu süzülür. Qaynar suda əvvəlcə 20 dəqiqə, sonra 15 dəqiqə qaynadılır. Bu üsulla qozların qaynadığı su ağarana qədər bir neçə dəfə qaynadılır. Bu proses təxminən 7-8 dəfə təkrarlanır. Hər dəfə qaynadıqdan sonra qozlar tiyandan kəfgirlə çıxarılır, başqa qaynar suya salınır. Sonra 1 kq qoza, 1,5 kq olmaq şərti ilə şəkər tozu  şərbəti hazırlanır və qozlar 5 dəqiqə qaynadılıb götürülür.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Şokoladlı likör

Şokoladlı likör. Lazım olanlar: * tünd şokolad – 200 qram * araq – 1,5 litr …

Яндекс.Метрика

Designed by F.Aliyev