Qaynar Məqalələr

Planlaşdırılmış hamiləlik

mila

Planlaşdırılmış hamiləlik
Planlaşdırılmış hamiləlik dedikdə ər və arvadın sağlam uşaq sahibi olmaları üçün özlərinin istədiyi zaman hamiləliyin baş verməsini gözləmələri nəzərdə tutulur. Bu adətən gələcək ananın sağlığı və ya irsi xəstəliklərin olması zamanı baş verir.
Hamiləlik zamanı qadın orqanizmi normadan artıq yüklənir, həyati vacib orqanların fəaliyyəti artmış olur. Ürək, qaraciyər, böyrəklər daha çox çalışır, sinir sistemi gərgin olur, immunitet aşağı düşür. Buna görə də sağlamlığında, az da olsa problemi olan qadınlar planlaşdırılmış hamiləliyə üstünlük verirlər. Əslində qadınlar hamilə qalmamışdan əvvəl ginekoloqla, stomaroloqla, terapevtlə, lor həkimi ilə məsləhətləşməli, xroniki xəstəliklərini müalicə etdirməlidirlər. Qanda olan infeksiyaların, çanaq üzvlərini USM-lə hamilə qalmamışdan əvvəl yoxlanılması vacibdir.
Planlaşdırılmış hamiləlik qadınları lazımsız abortlardan qoruyur.
Arzuolunmaz hamiləlikdən qorunmaq üçün qadınlar həkimin məsləhəti ilə kontraseptivlərdən istifadə edirlər. Bütün qadınlar uşaq dünyaya gətirməmişdən qabaq öz sağlamlıqlarını təmin eləməlidirlər.Bunun üçün hamilə qalmamışdan əvvəl ana olmaq istəyən qadınlar aşağıdakı analizləri yoxlatdırmalıdırlar:
– qanın ümumi və biokimyəvi analizləri
– qanın rezuz-faktoru
– sidiyin ümumi analizi
– cinsiyyət üzvlərinin infefeksiyalarını yoxlatdırmaq
– qanda toksiplazama, herpes, hepatit və AİDS-in olması
– qanda şəkərin miqdarı
– peyvəndlərin vurulması.
Hamilə qalmazdan əvvəl qadınların vitamin və fol turşusu qəbul etməsi zəruridir.

immunitet.az

loading...

Məsləhət Görürük

hamil%c9%99

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər. Hamiləlik dövründə hamilə qadın istədiyi hər bitki çayını …

Яндекс.Метрика

Designed by F.Aliyev