Qaynar Məqalələr

Günəbaxan salatı

guneb

Günəbaxan salatı
Tərkibi:
300 qr toyuq döş əti
400 qr konserv qarğıdalı
3 ədəd yumurta
200 qr konserv göbələk
200 qr kök
1 dəstə yaşıl soğan
Zeytun
Kartof çipsləri
“Bizim Süfrə” klassik mayonezi
Azərduz yodlu narın xörək duzu
Bitki yağı.

Hazırlanması:
Kök qaynadılır, soyudulur və qabıqdan təmizlənir. Toyuq əti xırda doğranır. Bitki yağında 10 dəqiqə qovrulur, kök xırdagöz rəndədən keçirilir. Yumurta xırda göz rəndədən keçirilir, göbələk xırda doğranır, yaşıl soğan da xırda doğranır, 23 sm diametrlik qaba əvvəlcə toyuq əti qoyulur, mayonezlənir. Onun üzərindən kök qoyulur və mayonezlənir. Kökün üzərindən göbələk qoyulur və mayonezlənir. Göbələk üzərinə yaşıl soğan qoyulur. Soğan üzərinə yumurta qoyulur və mayonezlənir. Yumurtanın üzərinə qarğıdalı qoyulur və kənarları çipslə bəzədilir. Salata Günəbəxan çiçəyi görünüşü vermək üçün xırda pomidoru ikiyə bölüb, xanımböcəyi düzəldə bilərsiniz. Pomidorun üstü xırdalanmış qara zeytunla bəzədilir.
2-ci variant kimi bu salata qara zeytunla bəzədilmiş şəkildəki görünüşü də verə bilərsiniz.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev