Darçının faydası

1234

Darçının faydası.
Darçının faydalı xüsusiyyətləri onu əsl təbii müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir.
Darçını “təbii antibiotik” adlandırırlar. Nadir xüsusiyyətlərinə malik olan bu ədviyyat müxtəlif bakteriyalar, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakteriyaların arasında: mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan Helicobacter pilori bakteriləri, bağırsaq çöpü və s. və həmçinin Candida göbələkləridir.
İltihabəleyhinə təsirinə malik olan darçın soyuqdəymə və qrip zamanı uğurla istifadə oluna bilər. İlıq suya 1 çay qaşığı bal və 1/4 qaşığı darçın əlavə edin və gün ərzində 3 dəfə için.
Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu ədviyyat mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir – mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir.

Darçın orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir edir.
Darçın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə etməyə kömək edir. Bunun üçün darçını sadəcə iynəmək kifayətdir.

Darçın beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları bişirdikdə ora mütləq darçın əlavə edin.
Darçın orqanizmi artıq xolesterindən təmizləyir.
Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur.
Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.

Darçın arıqlamağa da kömək edir. Sizə arıqlamaq üçün olan kokteylin reseptini təqdim edirik: 200 qr yağsız kefir götürülür, ora 1/2 çay qaşığı uyüdülmüş darçın və 1/2 çay qaşığı üyüdülmüş zəncəfil əlavə olunur və yaxşı qarışdırılır. Belə kokteyl piylərin daha tez əriməsinə kömək edir. Gün ərzində 1 stəkan kokteyl qəbul etmək olar.
Çubuq darçınları çay və qəhvəyə əlavə edə bilərsiniz. Həftədə 4-5 dəfədən artıq istifadə etmək olmaz. Ən azı 15-20 gün fasilə verin, daha sonra yenidən istifadə edə bilərsiniz. Bu şəkildə orqanizim vərdiş edəcək və onun təsirini daha yaxşı hiss edəcəksiniz.

Hamilə qadınlar darçından istifadə etməməlidirlər. Şəkər xəstələri isə həkimlər ilə məsləhətləşməlidirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

zeka

Zəkanı və yaddaşı artırmağın 15 yolu

Zəkanı və yaddaşı artırmağın 15 yolu. Alimlərin hesablamalarına görə insan beyninin ən yaxşı işlədiyi yaş …

Яндекс.Метрика

Designed by F.Aliyev