Qaynar Məqalələr

TƏRƏVƏZLƏRİN SAĞLAMLIĞIMIZDA ROLU

terevez

TƏRƏVƏZLƏRİN SAĞLAMLIĞIMIZDA ROLU.
Tərəvəzlər həyatımızda yanlız qida vasitəsi deyil, həm də müalicəvi təsirə malik dərman vasitələridir. Qədim zamanlarda xəstəliklərin müxtəlif cür ot, bitkilər vasitəsilə müalicə edildiyi hamıya məlumdur. Sizlərə tərəvəzlərin insan orqanizminə nə kimi faydalı təsirləri barədə yazmaq istəyirəm. Qarşıdan yay fəslinin gəldiyini də nəzərə alsaq, deməli bu fürsətdən bolluca yararlana bilərsiniz.
Qanda dəmiri artıran tərəvəz salatı:
5 ədəd yerkökü, 1 dəstə ispanaq, 1/4 turp, yarım dəstə cəfəri doğranıb qarışdırılıb, yeyilir.
Qandan toksinləri təmizləyən tərəvəz salatı:
3 ədəd yerkökü, 1/2 xiyar, 1/2 çuğundur yarpaqları ilə qarışdırılıb, yeyilir.
Mədə fəaliyyətinini yaxşılaşdıran tərəvəz salatı:
1/2 pomidor, 100 qram kələm, 2 yarpaq ispanaq qarışdırılb, yeyilir.
Sümük sistemini möhkəmləndirən tərəvəz salatı:
6 ədəd yerkökü, 4 yarpaq kələm, yarım dəstə cəfəri, 1/2 alma qarışdırılıb hər gün yeyilərsə sümüklər tədricən möhkəmlənər. Bu salat ən çox uşaqlar üçün faydalıdır.
Dırnaqların möhkəmlənməsi üçün tərəvəz salatı:
6 ədəd yerkökü, 3 ədəd yaşıl pazyana budağı blenderdə üyüdülür, gündə 1 dəfə yeyilir.
Yuxunu yaxşılaşdırmaq üçün tərəvəz salatı:
5 ədəd yerkökü, 2 yarpaq ispanaq, 1 dəstə cəfərinin ləçəkləri qarışdırılıb yeyilərsə yuxu normaya düşər.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev