Qaynar Məqalələr

QOZLU KARAMELLİ TORT

qozlu

QOZLU KARAMELLİ TORT
Lazım olan ərzaqlar:
Xəmir üçün:
– 2 yumurta
– 1 xörək qaşığı şəkər tozu
– 150 qram marqarin və ya kərə yağı
– 1,5 – 5 stəkan un (az və ya çox lazım ola bilər)
Karamel üçün:
– 400 qram qatılaşdırılmış süd
– 250 qram ləpə (qoz, fındıq, yerfındığı)
Hazırlanma qaydası:
1. Marqarin yağı şəkət tozu ilə birlikdə qarışdırılır, üzərinə yumurta əlavə edilir. Eyni tərkibli qarışım alındıqda un əlavə edilib yumşaq xəmir yoğrulur.
2. Xəmiri barmaq yoğunluqda tavanın içərisinə yayırıq, kənarlarını
tavanın kənarı hündürlükdə qaldırırıq.
3. Xəmirin üstünə xırda doğranmış ləpələri səpib, üstünə qatılaşdırılmış südü tökürük.
4. Tavanı əvvəlcədən qızdırılmış sobada, 180 dərəcə istilikdə xəmirin üstünün rəngi tündləşənə qədər bişiririk. Təxminən 25 dəqiqəyə karamel öz rəngini alır.
5. Tortu soyuyandan sonra kvadrat şəklində kəsirik.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev