Qaynar Məqalələr

GECƏ-GÜNDÜZ TORTU

tort

GECƏ-GÜNDÜZ TORTU
Xəmir üçün lazım olanlar:
– 20 ml süd
– 4 ədəd yumurta
– 100 ml duru yağı
– 80 qram şəkər tozu
– 4 xörək qaşığı un
– 2 xörək qaşığı təbii bal
– 2 xörək qaşığı kakao tozu
– 1 çay qaşığı qabartma tozu
– 1 çay qaşığı vanil
Krem üçün lazım olanlar:
– 200 qram qaymaq və ya yağlı smetan
– 1 çay qaşığı vanil
– 100 ml süd
– 50 qram şəkər tozu
– 1 çay qaşığı jelatin
– 2 xörək qaşığı bal
– 200 qram qatılaşdırılmış süd
Qlazur üçün lazım olanlar:
– 1 xörək qaşığı kakao
– 4 xörək qaşığı süd
– 1 xörək qaşığı şəkər tozu
– 50 qram kərə yağı
Xəmirin hazırlanması:
1. Yumurtanın ağını sarısından ayırıb, ağını köpüklənənə kimi çalınır. Sonra yumurtanın sarısı kənarda şəkər tozu ilə ağarana qədər çalınır.
2. Çalınmış yunurta sarısının üzərinə süd, bal, duru yağ, un, qabartma tozu və kakao əlavə edilib qarışdırılır. Sonra bu qarışım yumurta ağının üzərinə əlavə edilib yenidən qarışdırılır.
3. Xəmir 180 dərəcə tempraturda 10-15 dəqiqə müddətində bişirilir.
Bişib soyumuş xəmir ortadan eyni ölçüdə bir neçə yerə bölünür, aralarına südlü krem-jele çəkilir.
Kremin hazırlanması:
Qatılaşdırılmış südün yarısının üzərinə bal əlavə edilir, 2 xörək qaşığı suda bişmiş jelatini südün digər yarısının üstünə töküb zəif odun üstündə eyni tərkibli kütlə olana kimi qarışdırılır. Sonra o balla süd qarışımına qatılır. Hazır krem soyuducuya qoyulur.
Sonda krem bir-neçə hissəyə bölünmüş xəmirlərin arasına yayılır.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev