Qaynar Məqalələr

YUMURTALIĞIN TERATOMASI – DERMOİD KİSTA

qiz

YUMURTALIĞIN TERATOMASI – DERMOİD KİSTA
Dermoid kista yetişmiş teratomaya aid olub, yumurtalıq şişləri arasında 8-10% təşkil edir. Xəstəliyin əmələ gəlmə səbəbi və patogenezi hələ də məlum deyil.
Dermoid kista adətən 20-40 yaşlarında, bəzən isə uşaq və gənc yaşlarda rast gəlinir. Xəstəliyin kliniki əlamətləri özünü ancaq böyük ölçülü kistalar zamanı biruzə verir. Xəstələr qarın nahiyyəsində ağrıdan və dizuriyadan şikayət edirlər.
Dermoid kista çox vaxt birtərəfli, az hallarda isə ikitərəfli olub, qalın kapsula malik, hərəkətli olur. Kista adətən xoşxassəli olur, nadir hallarda ağırlaşmalar qeyd olunur. Kistanın diametri 5 – 15 sm ölçüdə olur.
DİAQNOZU: Dermoid kista yumurtalığın şişləri arasında yeganə şişdir ki, rentgenoskopiyada müəyyən olunur. USM və laporoskopiya zamanı diaqnoz tam təsdiqini tapır.
MÜALİCƏSİ: Dermoid kistanın müalicəsi cərrahi yolladır. Əməliyyatın həcmi törəmənin ölçüsündən, xəstənin yaşından və yanaşı gedən patologiyaların olmasından asılıdır. Dermoid kista vaxtında aşkar edilib, orqanizmdən xaric edilməzsə bədxassəli şişə çevrilə bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev