Yenidoğulanlarda serebral oyanma

serebr

Yenidoğulanlarda serebral oyanma

Ümumi məlumat:

Yenidoğulanlarda serebral oyanıqlıq kəllədaxili travma fonunda kəllə boşluguna qansızma olduqda yaranır.

Səbəbləri:

Bu patologiyanın yaranmasında əsas səbəb bətindaxili asfiksiya və cift qan dövranının pozulmasıdır.

Klinikası:

Yenidoğulanlarda kəllədaxili doğuş travmaları olduqda həyatlarının ilk saatlarında oyanıqlıq və narahatlıq meydana çıxır. Onların dəri örtüyü solgun olur, dərinin fizioloji eriteması olmur, perioral sianoz müşahidə olunur. Uşaq səbəbsiz ağlayır, qışqırıq monoton xarakter daşıyır. Hərəki narahatlıq, ətrafların və dilin eyni cür avtomatik hərəkətləri qeyd olunur.
Əksər hallarda uşaqlar gözü açıq yatırlar, baxışları bir nöqtəyə zillənir ( açıq gözlər simptomu).
Klinikada ümumi beyin simptomları üstünlük təşkil edir: əmmə, udma reflekslərinin olmaması, hiperkinezlər, avtomatik hərəkətlər, yuxunun pozulması, əzələlərin hipertonusu. Ocaqlı simptomlardan nistaqm, beyin-kəllə sinirlərinin parezi qeyd olunur.

Diaqnostika:
Bu zaman həkim-nevropatoloqa müraciət etmək lazımdır. Həkim xəstəni narahat etməyərək, onu müayinə etməlidir. Uşağın başı, əmgəklər, onların tikişləri, nəzərdən keçirilir, kefalohematomanın, nistaqmın, spontan əmmə eflaksin olması müəyyən edilir.
Göz dibinin vəziyyəti-torlu qişaya qansızmanın olması, torlu qişanın ödemi nəzərə alınır.

Müalicəsi:
Belə uşaq hospitalizasiya olunmalıdır. Ciddi yataq rejimi təyin olunur, palatada təmiz hava təmin olunur, sutka ərzində hər yarımsaatdan bir 3-5 dəqiqə nəmləndirilmiş oksigen verilir, asidozla mübarizə aparılır, dehidratasiya, simptomatik müalicə təyin olunur.
Kəllə daxili doğuş travması almış uşaqlar nevropatoloq və pediatr tərəfindən nəzarət altında olmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

korpe2

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu. Təzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. …

Яндекс.Метрика

Designed by F.Aliyev