Qaynar Məqalələr

MIKROSIRKULYATOR STENOKARDIYA

kardio

MIKROSIRKULYATOR STENOKARDIYA.
Ürəyin işemik xəstəliklərinin özünəməxsus formalarından biri –* X sindromu*adlanır. Bu xəstəliyi kiçik damarların xəstəliyi – mikrovaskulyar stenokardiya da adlandırmaq olar.*X sindromlu* stenokardiyalı xəstələr ürəyin işemik xəstələrinin 10-15%-ini təşkil edir. Xəstəlik 2 əsas xüsusiyyətə malikdir:
1) gərginlik və sakitlik stenokardiyasının klassik tutmaları
2) koronoqrafiyada epikardial arteriyalarda ateroeskeroz əlamətlərinin olmaması
Mikrosirkulyar stenokardiyanın səbəbini intramural arteriyalar səviyyəsində koronar damarların morfoloji zədələnməsi və vazodilatasiya qabiliyyətinin azalması ilə əlaqələndirirlər. X sindromlu koronar stenokardiyanın aşağıdakı xüsusiyyətləri var:
– çox hallarda qadınlarda rast gəlinir
– emosional gərginlikdən sonra yaranır
– sakitliklə müşahidə olunur
– 20-30 dəqiqədən çox davam edir
– nitroqliserin təsirindən ağrı tam keçmir
– ağrı sindromu çox hallarda həyəcanlı-həssas, emosional vəziyyətdə müşayət olunur.
DİAQNOZU: Sakitlik zamanı çəkilən EKQ-də ST seqmentinin zəif depressiyası qeyd edilir. EKQ-nin Holter monitoru zamanı ST seqmentinin diaqnostik əhəmiyyətli ağrılı və ağrısız işemiyası müəyyənləşdiriıir. Fiziki yük sınaqları əksər hallarda müsbət nəticələnir. Karonoqrafiya zamanı epikardial damarlarda heç bir patoloji dəyişiklik müşahidə olunmur.
Mikrosirkulyar stenokardiyalı xəstələrin proqnozu xoş xassəlidir. Belə ki, 7 il ərzində ölüm 4% təşkil edir.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev