Qaynar Məqalələr

HAMİLƏLİK ZAMANI HİPERTONİYA

hiper

HAMİLƏLİK ZAMANI HİPERTONİYA
Hamiləlik zamanı orqanizmdə və böyrəklərdə baş verən dəyişikliklər nəticəsində bəzi hamilələrdə ağır patoloji hallar meydana çıxır. Bu patoloji hallardan biri hamillik zamanı əmələ gələn hipertoniya xəstəliyidir.
Hamiləlik zamanı baş verən patologiyalardan biri arterial təzyiqin artmasıdır.
Arterial təzyiq hamiləliyin 1-ci üçaylığı zamanı azalır, minimal həddə çatır. Buna səbəb prostasiklinin və endotelial boşalma faktorunun sintezinin artmasıdır. Hamiləliyin 2-ci üçaylığında arterial təzyiq əvvəlki vəziyyətdə qalır. Təzyiq əsasən hamiləliyin sonuncu aylarında artmağa başlayır. Adətən hamiləlik zamanı təzyiqin artmasına səbəb böyrəkdə baş verən patoloji dəyişikliklərdir. Bu dəyişikliklərə aşağıdakıları misal göstərmək olar:
– preeklapsiya, eklampsiya
– xroniki arterial hipertenziya
– xroniki hipertenziya preeklapsiya ilə birgə
– hestasion hipertenziya
Bu kassifikasiyaya əsasən preeklampsiya, eklampsiya, hipertenziya və proteinuriya bəzən qan laxtalanmasının, qara ciyər funksiyasının pozulması ilə xarakterizə olunur. Preeklampsiya əsasən birinci hamiləlikdə 20 həftədən sonra inkişaf edir. Bu zaman xəstənin təzyiqi artır, qıcolmalar meydana çıxır.
Eklampsiya hamilələrdə baş beyin ödemi və mərkəzi sinir sistenimim zədələnmıəsi nəticəsində baş verir. Bu zaman qıcolmalardan başqa hamilə qadında koma da baş verə bilir. Doğuşdan 12 həftə sonra arterial təzyiq aşağı düşməzsə, bu xroniki hipertenziya adlanır.
Arterial təzyiqi olan hamilə qadınlar həddindən artıq diqqətli olmalı, daima həkim nəzarəti altında saxlanılmalıdırlar. Adətən belə xəstələri hamiləliyin son aylarında stasionarda saxlayirlar.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev