DADLI-LƏZZƏTLİ TOYUQ KOTLETİ

toyuq

DADLI-LƏZZƏTLİ TOYUQ KOTLETİ
Lazım olanlar:
– 600 qram üyüdülmüş toyuq əti
– 1 baş soğan
– 1 yumurta
– 40 qram duzlu pendir
– 50 qram bitki yağı
– zövqə görə duz, istiot
Hazırlanma qaydası:
Soğanın qabığı soyulub blenderdə üyüdülür, yumurta ilə birlikdə farşa qatılır. Pendir sürtkəcdən keçirilib farşa əlavə edilir, duz və istiot qatılıb yaxşıca qarışdırılır. 1 xörək qaşığı qarışımdan götürülüb əldə kotletə forma verilir. Zəif odda qızdırılıb yağ tökülmüş tavada hər iki üzü qızardılır.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

plov

Toyuqlu saray plovu

Toyuqlu saray plovu Lazım olanlar: * 1 stəkan düyü * 2 dilim toyuğun döş əti …

Яндекс.Метрика

Designed by F.Aliyev