Qaynar Məqalələr

HAMİLƏLİK ZAMANI BÖYRƏKLƏRİN ZƏDƏLƏNMƏSİ (HESTOZ)

hamle

HAMİLƏLİK ZAMANI BÖYRƏKLƏRİN ZƏDƏLƏNMƏSİ (HESTOZ)
Hamiləliyin başlanğıcında böyrək qan dövranı 25-35%, yumaqcıq filtirasiyası 35-50% artır. Yüngül proteinuriya, hamiləlik üçün fizioloji hal sayılır. Hamiləlik dövründə bədəndə natrium və su yığılır. 80% hamilə qadınlarda fizioloji ödemlər meydana çıxır ki, bu zaman xüsusi müalicəyə ehtiyac olmur. Natrium və suyun bədəndə ləngiməsi hematokritin 35%-ə qədə aşağı düşməsinə səbəb olur. Bu zaman hemoqlobilininn də miqdarı aşağı düşür.
Hamiləlik zamanı əmələ gələn patologiyalardan biri də hestozdur.
Hestoz hamiləlik vaxtı əmələ gələn böyrək zədələnməsidir. Hestozun 3 dərəcəsi ayırd edilir:
1-ci dərəcəli hestoz zamanı xəstə susuzluqdan şikayət edir. Bədən çəkisi artmağa başlayır, ödemlər, hipertenziya müşahidə edilir. Böyrəklərin konsentrasion və azotifrazedici funksiyaları pozulmur. Diurez 15-20% aşağı enir, nikturiya müşahidə olunur, qanda zülal, plazmada kreatin normada olur. Xəstənin vəziyyəti qənaətbəxş olur.
2-ci dərəcəli hestozda yuxarıda sayılan əlamətlər artır, ödemlər, proteinuriya artır, arterial təzyiq yüksəlir, xəstənin vəziyyəti ağırlaşmağa başlayır, hestoz 2-3 həftə davam edir.
3-cü dərəcəli hestozda hamilə qadının vəziyyəti daha da ağırlaşır, preeklampsiya və eklampsiya baş verir. Bu əlamətlərlə yanaşı xəstədə baş ağrısı, görmənin zəifləməsi, süstlük, qulaqda küylər, ürəkbulanma, qusma müşahidə edilir. Kəllədaxili təzyiq artır, əvvəlcə üz əzələlərində, sonra isə bütün ətraflarda qıcolmalar başlayır. Tənəffüs dayanır, xırıltılı olur, xəstənən ağzından köpük gəlir.
Hamiləlik zamanı hipertoniya bütün ölkələrdə hamilə qadınların 5-10%-ində təsadüf edilir. Hamiləlik zamanı ölən qadınların 20-33%-i bu ağırlaşmanın payına düşür.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev