Qaynar Məqalələr

QURU DƏRİNİN TƏMİZLƏNMƏSİ

deri

QURU DƏRİNİN TƏMİZLƏNMƏSİ.
Quru dəridə qırışların tez əmələ gəlməsini və belə dərinin tez qocalmağa meyilli olduğunu hamımız bilirik. Amma bu prosesin qarşısının alınmasının mümkünlüyündən çoxumuz xəbərsizik. Sizlərə dəridə quruluğu aradan götürən bir-neçə təmizləyici maska tərifi vermək istəyirəm:
1. Su ilə südü 1/1 nisbətdə qarışdırıb gündə 1 dəfə üz silinərsə dəridə olan quruluq tədricən aradan qalxar.
2. Gündə 1 dəfə yağlı smetan üzə çəkilib 20 dəqiqə saxlanılıb ilıq su ilə yuyularsa dəridəki quruluq aradan qalxar.
3. Dərini təmizləmək üçün xüsusi maska hazırlamaq lazımdır. Bunun üçün 100 qram qaymağın içinə 15 damcı limon şirəsi və 1 çay qaşığı araq əlavə edib qarışdırmaq lazımdır. Bu qarışıq quru dərini yaxşı təmizləməklə yanaşı, qırışıqları azaldır, dərini təravətləndirir.
4. Üzün dərisini buğda kəpəyindən hazırlanmış dəmləmə ilə silmək lazımdır. Bu dəmləməni hazırlamaq üçün 1 litr qaynar suyun üzərinə 2 xörək qaşığı buğda kəpəyi əlavə edib, 20 dəqiqə dəmləndikdən sonra tənzifdən süzüb istifadə etmək lazımdır.
5. 1 litr suya 1 çay qaşığı kraxmal töküb bişirmək və həmin su ilə üzü yumaq lazımdır.
6. Həftədə 1 dəfə yumurta sarısı qatılmış mayonezlə üzün dərisini silmək, quru dərini yumşaldan ən yaxşı vasitələrdən biridir.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev