İshalların xalq təbabəti üsulları ilə müalicəsi

isha

İshalların xalq təbabəti üsulları ilə müalicəsi
Qədim reseptlərdən:
İshalı müalicə etmək üçün təmiz yuyulmuş toyuq mədəciklərinin içindəki dəriciyi çıxartmaq, quruduqdan sonra toz halına salmaq lazımdır. Alınan toz hər gün 1-2 dəfə yarım çay qaşığı yeməkdən qabaq 100 ml su ilə qəbul edilir.
Qoz arakəsmələrinin ekstraktı:
300 qr qozu sındırdıqdan sonra ləpələrin arakəsmələrini toplayın, üzərinə 250 ml 40%-li spirt vəya araq tökün. Qaranlıq yerdə hərdən çalxalamaq şərti ilə 5-7 gün saxlayın, sonra süzün. Gündə 3 dəfə yeməkdən əvvəl 6-10 damcı ilıq su ilə birlikdə qəbul edin. Nəcis formalaşan kimi müalicəni dayandırmaq lazımdır, çünki ekstraktın uzuzn müddət qəbulu qəbizliyə gətirib çıxara bilər.
Ağcaqovaq dəmləməsi:
1 çay qaşığı yaşıl ağcaqovaq tumurcuğunu xırdaladıqdan sonra üzərinə 200 ml qaynar su töküb, 15-20 dəqiqə su hamamında dəmləyin. 40 dədidə saxladıqdan sonra süzün. Nəcis formalaşana qədər dündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edin.
Ballı qaraçörəkotu dəmləməsi:
2 xörək qaşığı qaraçörəkotu köklərini xırdaladıqdan sonra üzərinə 1 litr 40%-li spirt əlavə edin. Bir həftə saxladıqdan sonra ekstrakta 3 xörək qaşığı bal qarışdırıb daha iki həftə saxlayın. Nəcis formalaşana qədər gündə 2 dəfə 2 xörək qaşığı qəbul edin.

immunitet.az

loading...

Məsləhət Görürük

123210-1

Pərpərən (semizotu) bitkisinin faydaları

Pərpərən (semizotu) bitkisinin faydaları. Pərpərən bitkisi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan dəmir, …

Яндекс.Метрика

Designed by F.Aliyev