Qaynar Məqalələr

Anafilaktik şok

sok

Anafilaktik şok
Anafilaktik şok –orqanizmin müəyyən allergenlərə qarşı qeyri-adekvat reaksiyasıdır. Həyat üçün təhlükəlidir.
Anafilaktik şok – xəstənin həyatı üçün təhlükəli olan, yadcinsli( antigen) maddə ilə təmas nəticəsində baş verir. Anafilaktik şok – sürətli tip allergik reaksiyalara aiddir ki, bu zaman antigenin antitellə birləşməsi nəticəsində qana bioloji aktiv maddələr ( histamin, serotonin, bradikinin) ifraz olunur. Bu maddələr qandamarlarının keçıriciliyini artırır, daxili orqanların əzələlərinin spazmına və digər pozğunluqlara səbəb olur. Arterial təzyiq aşağı düşür, beynə az oksigen daxil olur ki, bu da huşun itməsinə səbəb olur.
Səbəbləri:
Anafilaktik şoka səbəb həşəratların dişləməsi, bəzi dərman preparatların qəbulu ( penisillin, sulfanilamidlər, zərdablar, vaksinlər) ola bilər. Bəzi qida maddələrinin ( şokolad, araxis, portağal, manqo, balıq) qəbulu, müxtəlif tozlar da buna gətirib çıxara bilər.
Simptomları:
Allergenlə kontaktdan bir neçə saniyə və ya dəqiqə sonra meydana çıxa bilər.
-huşun itməsi
-arterial təzyiqin aşağı düşməsi
-qıcolmalar
– qeyri- iradi sidik ifrazı
Xəstələri çoxunda aşağıdakı əlamətlər ola bilər. İstilik hissi, dərinin hiperemiyası, ölüm qorxusu, baş ağrıları, döş qəfəsində ağrı ilə təzahür olur. Arterial təzyiq kəskin aşağı düşür, nəbz sapvari olur.
Anafilaktik şok aşağıdakı variantlarla mümkündür
-dərinin qızarması, güclü qaşınma, Kvinke ödemi və övrə
– sinir sistemi tərəfindən güclü baş ağrısı, qıcolma
-tənəffüs sistemi tərəfindən təngnəfəslik
-ürəkdə miokardit, miokard infarktının inkişafı
Siz nə edə bilərsiniz:
Bu zaman mütləq “Təcili yardım” çağırmaq lazımdır. Həkim gələnə qədər allergenin orqanizmə təkrar daxil olmasının qarşısını almaq lazımdır. Əgər həşərat dişləyibsə dişləmə yerindən yuxarıda jqut qoymaq lazımdır. Xəstəyə horizontal vəziyyət verərək onu böyrü üstə uzatmaq lazımdır ki, boğulma olmasın.
Həkim nə edə bilər:
Həkim xəstəyə oksigen balışı ilə oksigen verir, həşərat dışləyibsə dişlək yerindən yuxarıya jqut qoyur, allergiya əleyhinə dərmanlar yeridir. Həyati mühüm funksiyaları bərpa etmək üçün müvafiq yardım göstərir.
Profilaktika:
Əvvəlcədən onun qarşısını almaq mümkün deyil. Belə xəstələr hansı allegenə qarşı həssas olduqlarını xüsusi vərəqəyə yazıb öz üstlərində gəzdirməlidirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev