Qaynar Məqalələr

YUMURTALIQLARIN XOŞXASSƏLİ ŞİŞLƏRİ

yumurta

YUMURTALIQLARIN XOŞXASSƏLİ ŞİŞLƏRİ
Yumurtalığın xoşxassəli şişlərindən ən çox yayılmışları aşağıdakılardır:
– epithelial şişlər
– dermoid kistalar
– yumurtalığın fibroması
Follikulyar kista follikulun persistensiyası nəticəsində əmələ gəlir. Follikulyar kista nazik divara malik, birkameralı, elasiki konsistensiyalı, şəffaf maye möhtəviyyatlı törəmədir. Adətən kistanın əsasını makroskopik dəyişikliyə uğramış yumurtalıq toxuması təşkil edir.
Follikulyar kista endokrin pozğunluğu olan qadınlarda xroniki anovulyasiya və hiperesterogenemiya nəticəsində əmələ gəlir. Bəzən follikulyar kista özünü aybaşı gecikməsi və qarının aşağı hissəsində müxtəlif intensivlikli ağrılarla biruzə verir. Böyük olmayan kistalar bəzən öz-özünə sorulub gedir, bəzən isə kistanın boşluğuna qan sızır və onun kapsulu cırılır. Çox böyük ölçülü kistalar zamanı xəstələr qarını böyüməsindən və güclü ağrılardan şikayət edirlər. Kistalar yerləşdiyi yerdə ayaqcığı ətrafında burularsa kəskin qarın əlamətləri meydana çıxır və xəstənin vəziyyəti ağırlaşır.
DİAQNOZU: Xəstəliyin diaqnozu USM-ın nəticələrinə əsaslanaraq qoyulur.
MÜALİSƏSİ: Müalicə ancaq cərrahi yolla aparılır. Cərrahi əməliyyat zamanı adətən uşaqlıq artımları saxlanılmaqla, yalnız kista xaric edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev