Qaynar Məqalələr

Hipertoniklərin menyusuna: yoqurt

yoqurt

Hipertoniklərin menyusuna: yoqurt
Gün ərzində müntəzəm olaraq az müqdarda yoqurt qəbulu hipertoniyanın yaranma riskini üç dəfə azaldır. Amerikanın Minnesot universitetində tədqiqatçılar iki minə yaxın könüllünün qida rasionunu öyrənərkən belə bir qənaətə gəlmişlər.
Yoqurtdan müntəzəm istifadə edənlərdə arterial təzyiqin yüksəlmə riski 31 faiz az olur. Həmin pozitiv effekt növbəti 15 il ərzində də saxlanılır. Məsələ burasındadır ki, yoqurtun tərkibində olan Ca damar divarının möhkəmlik və elastikliyini artırır, mənfəzini genəldir və arterial təzyiqi aşağı salır. Həddən artıq Ca qəbulu isə damar divarında çöküntülərin yaranmasına səbəb olur. Ona görə də qəbul edilən qidanın müqdarı normadan artıq olmamalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev