Qaynar Məqalələr

ƏTLİ BÖRƏK

borek

ƏTLİ BÖRƏK.
Xəmir üçün lazım olanlar:
– 8 stəkan un
– duz
– su
İçlik üçün lazım olanlar:
– üyüdulmüş qoyun əti
– 1 iri soğan
– duz, istiot, pul bibər
İçinə sürtmək üçün lazım olanlar:
– 1 stəkan duru yağ
– 1 stəkan qatıq
– 2 xörək qaşığı su
Xəmir yoğrulur, dincəlmək üçün 30 dəqiqə saxlanılır.
Soğanı yağın üstünə töküb bir neçə dəqiqə qarışdırdıqdan sonra üyüdülmüş ət əlavə olunub qarışdırılır. Ət bişib, yağa düşəndən sonra dz, istiot, pul bibər qatılır.
Xəmir hissələrə bölünür. Birınci hissə nazik yayılıb qızdırıcı sobanın tavasına sərilir, üzərinə kənarda qarışdırılmış duru yağ+qatıq+su qarışığı sürtulur. İkinci lay da bu qayda ilə qoyulub arasına qarışım sürtülür. Üçüncü layın üzərinə ət sərilir, sonra yenə 2 qat xəmir, arası yağlanmaq şərti ilə tavaya qoyulur, üçüncüyə ət səpilir. Bu proses 3 dəfə təkrarlanır, axırda 2 qat xəmir, arası yağlanmaq şərti ilə qoyulur və üzərinə yumurta sarısı sürtülür, doğranıb, sobaya qoyulur.
NUŞ OLSUN!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev