HİSTOPLAZMOZ

gobelek

HİSTOPLAZMOZ
Histoplazmoz yüngül, simptomsuz formalardan ağır kliniki hallara qədər müxtəlif variantlarla gedən mikozlara aid xəstəlikdir.
ETİOLOGİYASI: Xəstəliyi Histoplazma capsullatum törədir. Histoplazmanın 2 forması var:
*toxuma
*kultural
Histoplazma qidalı mühitdə yaxşı çoxalır, nəm torpaqda və suda çox qalır, dezinfeksiya məhsulları onları tez öldürür.
EPİDEMİOLOGİYASI: Xəstəlik isti iqlimli öıkələrdə daha geniş yayılıb. Xəstəlik gəzdirən heyvanların ifrazatı tökülmüş torpaq yağışdan sonra göbələyin sporlarını çoxaldıb artırır. Göbələyin sporları torpaqda 4 ilə qədər yaşaya bildiyinə görə sporlar istənilən vaxt torpaq aerozolu vasitəsilə yoluxa bilir.
PATOGENEZİ: Nəfəsalma zamanı torpaqdan qalxan sporlar bronxlara və alveollara düşür, oradan toxumalara keçərək vərəmə bənsər düyünlər əmələ gətirir. Göbələk limfa damarlarını və limfa düyünlərini iltihablaşdırır, orqanizmi sensibilizə edir.
KLİNİKASI: Xəstəliyin inkubasiya dövrü 4-30 gün çəkir. Histoplazmozun müxtəlif kliniki formaları var:
*ağ ciyərin kəskin histoplazmou
* kliniki aşkar forma
* simptomsuz forma
*ağ ciyərlərin xroniki proqressivləşən histoplazmozu
*kəskin disseminə edən histoplazmoz
*xroniki disseminəedən histoplazmoz
Xəstəlik üşütmə, tərləmə, əzələ və oynaqlqrda ağrı, qusma, ishal, ürəkbulanma, döşdə ağrı ilə müşayət olunur. Xəstədə subfebril qızdırma müşayət edilir. Histoplazma uzun sürən proqressiv xəstəlik kimi təzahür edir, xəstədə intoksikasiya əlamətləri baş verir. Xəstələrin müalicəsiz qalanlarının 80%-i ölür.
DİAQNOZU: Kliniki diaqnoz qoymaq çətindir. Bəlğəmdən, qandan, abses möhtəviyyatından alınan analizlərdə göbələyin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.
MÜALİCƏSİ: Histoplazmanın ağır formalarında həftədə 2 dəfə 1-2 ay venaya amfotersin vurulur. Bununla yanaşı cərrahi və simptomatik müalicə təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Orqanizmin regenerasiyası

Orqanizmin regenerasiyası Zədələnmiş toxumaların, orqanların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya prosesi …

Яндекс.Метрика

Designed by F.Aliyev