Qaynar Məqalələr

Hepatit B

virus

Hepatit B
Hepatit B virus tərəfindən törədilən infeksion iltihabi xəstəlikdir.

Ümumi məlumat
Hepatit B xəstəliyi qara ciyərin ltihabına səbəb olur. Xəstənin qanı və ya daxili mayesi ilə ( ağız suyu, sperma, vaqinal sekresiya) təmas nəticəsində yoluxma mümükündür. Hepatit B –nin kəskinliyinə baxmayaraq tam sağalma mümükündür.
Yoluxma yolları:
Yoluxma cinsi yolla – cinsi əlaqə zamanı, yoluxmuş qanla çrklənmiş iynə və şprislərin təkrari istifadəsi zamanı HBV asanlıqla ötürülə bilər. HBV-yə hamiləlik zamanı yoluxmuş ana virusu övladına ötürə bilər. Manıkür, pedikür, dəri pilinqi kimi kosmetoliji prosedurlar zamanı da dəridə kiçik sıyrıntılar olduqda yoluxma mümkündür. Ginekoloji və stomatoloji alətlərin sterilizasiya olunmaması HBV-nin xəstədən sağlama keçməsinə şərait yaradır.

Əlamətləri:
Əlamətlər adətən yoluxmadan 12 saat sonra əmələ gəlir. Bu zaman iştahanın itməsi, ürəkbulanma və qusma, ümumi zəiflik, yorğunluq, qarında, xüsusilə də sağ qabırğaaltı nahiyədə ağrılar, sidiyin tünd rəngi, dəri və gözün selikli qişasında saralma, oynaqlarda ağrı daha çox baş verir.

Siz nə edə bilərsiniz:
Yuxarıdakı əlamətlər azda olsa vardırsa mütləq həkim – infeksionistə müraciət edin.
Həkim nə edə bilər:
Həkim xəstəni müayinə edir, müvafiq analizlər aparır. Xəstəlik təsdiq olunursa xəstə mütləq stasionarda yatmalıdır. Həkim xəstəni virus əleyhinə prepratlarla, simptomatik müalicə edir.

Ağırlaşmaları:
Agırlaşmaları qara ciyər sirrozu, qara ciyər çatmamazlığı ola bilər. Terapevtik müalicə effekt vemədikdə qara ciyər köçürülməsi təklif olunur.

Pofilaktikası:
Hepatit B əleyhinə aparılan peyvəndlər xəstəliyin qarşısını alır. Buna görə də onların 3 dəfə(0, 1 və 6-cı ay) vurulması mütləqdir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev