Torlu qişanın distrofiyaları

torlu

Torlu qişanın distrofiyaları
Distrofiyalar – torlu qişanın daha çox yayılan xəstəlikləridir.
Ümuni məlumat:
Bu zaman torlu qişanın hüceyrələrinin tədricən məhv olması nəticəsində getdikcə görmə zəifləyir. Distrofiyalar anadangəlmə və qazanılma olur. Çox vaxt distrofiyalar hər hansı sistem xəstəliklərinin – maddələr mübadiləsi, endokrin xəstəliklər, mitoxondrial xətəliklər ilkin əlaməti ola bilər.
Sarı cismin yaşla əlaqədar degenerasiyası – əsasən qoca adamlarda iki tərəfli görmənin pozulması demıkdir. Əksər hallarda torlu qişanın altında, sarı cisim nahiyəsində xüsusi maddələrin toplanması nəticəsində piqment epitelinin distrofiyası baş verir. Bu zaman fotoreseptorların funksiyaları pozulur və görmə zəifləyir. Xəstənin görməsi birdən-birə zəifləyir, gözlərin qabağında duman olur, görmə sahəsi itir.
Mərkəzi seroz xoriopatiya- əsasən kişilərdə 20-50 yaş arası olur. Bu zaman torlu qişanın altında damar topası yığılır, bu da torlu qişanın qabıqlanmasına səbəb olur, görmə pozulur. Bu zaman lazer koaqulyasiyası effektiv üsuldur.
Torlu qişanın irsi distrofiyaları – həyatın ilk aylarında və ya həyatın ikinci yarısında inkişaf edə bilər. Xəstələr alatoran görmədən, gözlərinin qabağında işıq qıgılcımlarından şikayətlənirlər. Bəzən əşyaları təhrif olumuş görürlər. Xəstələr pilləkənlə hərəkət edərkən, yolu keçərkən, içıqlanma zəif olduqda çətinlik hiss edirlər.
Piqment distrofiyaları – daha çox torlu qişanın periferiyasında piqment toplanır. Hər iki göz zədələnir. Piqment topaları “sümük cisimcikləri” adlanır, bunlar getdikcə gözün mərkəzinə doğru artır. Uşaqlıqdan və ya həyatın ikinci yarısından inkişaf etmıyə başlayır. Xəstədə dumanlı havada görmənin tədricən zəifləməsi, 40-60 yaşlarda korluq baş verir müalicədə qan təchizatını yaxşılaşdıran və qidalandıran preparatlar istifadə ounur. Müalicəsi az effektivdir.

immunitet.az

loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev