Qaynar Məqalələr

Çiyin çıxığı

ciyin

Çiyin çıxığı.
Çiyn çıxığı ən çox rast gəlinən çıxıqdır.
Ümumi məlumat:
Demək olar ki, 50% hallarda bazu sümüyü çıxıqlarına rast gəlinir. Bu çıxıq ona görə baş verir ki, bazu oynağı zəifdir, hər 3 səthdə hərəkətlidir. Bazu oynağı şar formasındadır, onun sahəsi oynaq çuxuruna nisbətən böyükdür

Səbəbləri:
Ən çox əl açılmış vəziyyətdə olduqda yıxıldıqda, dirsək üstündə yıxıldıqda baş verir. Çiyinə bilavasitə öndən və ya arxadan zərbə dəydikdə də çıxıq baş verə bilər
Əlamətləri:

Taravmadan sonra bazu oynağı nahiyəsində deformasiya yaranır. Kəskin ağrı, şişkinlik yaranır. Bəzən bu nahiyədə qaşınma olur, zərərçəkən əlini tərpədə bilmir, əli tərpətmək istədikdə isə güclü ağrı baş verir.
Çıxıq zamanı ətraf damar və sinirlər sıxılmış olur. Bu zaman bütün əl avazıyır və ya göyərir. Ağrı hissi, keyləşmə, iynəbatma hissi, digər xoşagəlməz hisslər yaranır. Zərərçəkən bilək və əllərini tərpədə bilmir. Əgər, təcili yardıma müraciət olunmasa əlin iflici və ya qanqrenası inkişaf edə bilər.

Siz nə edə bilərsiniz:
Bu zaman mütləq təcili yardım briqadası çağırın. Özbaşına çıxığı yerinə salmağa cəhd etməyin, çünki sınıq ehtimalı ola bilər. Xəstəxanadan əvvəl əli fiksə etmək lazımdır. Bundan ötrü parça yaylıq şəklində istifadə olunur, taxta parça bintlə ələ sarınır. Təcili yardım xüsusi şinalar tətbiq edir.

Həkim nə edə bilər:
Həkim çıxığı yerli anesteziya altında yerinə salır. Bundan əlavə qola gipsli longet qoyulur. 3-4 həftə saxlandıqdan sonra çıxarılır.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev